Tovbenin shertleri - 23 Марта 2008 - ...:::WEB SITE FOR AZERBAIJAN:::...
cume axsami, 17.May.2012, 6:09:15 AM
Приветствую Вас, Zehmet olmasa qeydiyyatdan kec
 BU XEBERİ MUTLEQ OXUYUN
Категории раздела
Dini [29]
Aforizmler [3]
Programlar [91]
Musiqi [19]
Shekiller [10]
Elektron Kitablar [3]
Football [3]
Video [0]
MOBIL [19]
RAP+ReP+AzRep [2]
RAP ZONE
Dahiler & Meshurlar [2]
meshur insanlar
HACKING [2]
Mobile & Computer
Maraqli [38]
Sorgu
Saytımızın yenilənməsini istərdiniz?
Umumi cavablar: 156
Статистика

Hal-hazirda saytda olanlar: 1
Qonaqlar 1
istifadeciler: 0
Форма входа
Login:
Parol:
Главная » 2008 » Mart » 23 » Tovbenin shertleri
10:43:29 PM
Tovbenin shertleri

Tövbə və onun şərtləri

Əziz müsəlmanlar!
Uca Allah insanı həm yaxşılıq, həm də pislik etməyə əlverişli bir qabiliyyətdə yaratmışdır. İnsan oğlu bəzən ağlından və iradəsindən istifadə edərək dinimizin əmr etdiyi və bəyəndiyi işləri gördüyü halda, bəzən də nəfsinin və hisslərinin təsirinə düşərək əks hərəkətlər edir. Belə halda görülməli olan iş, işlənən günaha görə peşman olmaq və Uca Rəbbimizə tövbə etməkdir.
Günahlar insanın mənəvi dünyasını qaraldan ləkələrdir. İstiğfar (bağışşlanma diləmək) isə bu ləkələri təmizləyən su kimidir. Əgər istiğfarla vaxtında bu ləkələr təmizlənməsə, get-gedə ləkələr insanın içini bürüyər, insanın ruhu təmizlik və ülviliyə qarşı hissiyyatsız hala düşər. Elə isə, günah kirlərindən təmizlənmək üçün yeganə çarə tövbədir.
Qul haqqından başqa bütün günahlara görə, yəni Allaha qarşı işlənmiş günahlara görə tövbə etmək olar. Tövbə edərkən üç şərtə riayət etmək lazımdır:

1 – Günahdan tamamilə vaz keçmək;
2 – Görülən əmələ görə peşman olmaq;
3 – Bir daha bu günahı işləməmək.

Yox əgər işlənilən günahın içində qul haqqı varsa, həmin insanın haqqını ödəmək, halallaşmaq da lazımdır.
Allaha, peyğəmbərinə, axirət gününə və İslamın əmr etdiyi digər xüsuslara inanan bir insan işlədiyi günahlara görə əsla ümidsizliyə qapılmamalı və ilahi mərhəmətdən ümidini üzməməlidir. Çünki Qurani-Kərimdə belə buyurulur:
«(Ya Peyğəmbər!) De: «Ey özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayandır, rəhm edəndir» (Zumər, 53).
Ona görə də, güahkar insan günahların böyüklüyünə deyil, Allah-Təalanın mərhəmətinin genişliyinə baxmalıdır.
«…Allah (günahından) tövbə edənləri sevər» (Bəqərə, 222)
«Onlar bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edib) günahlarının bağışlanmağını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar bilə-bilə bir daha etdiklərinə qayıtmazlar» (Ali-İmran, 135)
«Allahdan bağışlanmaq dilə. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir» (Nisa, 106)
Dinimiz tövbə və istiğfarı Allah ilə bəndə arasında baş tutan bir hadisə olaraq görür. Müsəlman tövbə etdikdə və bağışlanma dilədikdə başqa bir köməkçiyə və ya vasitəçiyə ehtiyac olmadan öz vəzifəsini yerinə yetirə bilər. Elə isə Allahın biz bəndələri üçün açmış olduğu tövbə qapısına tez-tez üz tutmalı, bağışlanma diləməli və həqiqi əmin-amanlığın bunda olduğunu bilməliyik.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) xəbər vermişdir ki, bizim tövbə etməyimizə görə Rəbbimizin sevinci, kimsəsiz çöldə dəvəmizi itirib, sonra yenidən tapdıqda yaşadığımız sevincdən daha artılqdır (Riyazu's-Salihin, c.1, səh.19).
Etdiyimiz bu qədər günah və üsyana baxmayaraq, bu qədər asanlıq və mücdə verən Allaha qarşı necə tövbə etməyə bilərik? Günahlarımızın təmizlənməyini Ondan necə diləməyə bilərik? Aləmlərin fəxri Həzrəti Peyğəmbərimiz (s.ə.s.) belə «Mən gündə yetmiş dəfə Rəbbimdən bağışlanma diləyirəm» (Riyazu's-Salihin, c.3, səh.387) deyə buyurmuşdur. Bəndə tövbə və istiğfar ilə Rəbbinə tərəf yönəldikdə, Allahın mərhəmət dəryası coşar, o bəndənin günahını yuyar, təmizləyər, bəndənin gözündən axan bir damla peşmanlıq yaşı səbəbilə, ilahi mərhəmət yağışlarını yağdırar, qəlbdəki kiri təmizləyər, yox edər. Deməli, tövbə və istiğfar bəndə üçün birbaşa mərhəmətdir. Tövbə və istiğfar insan ruhunu sıxıntılardan qurtaran bir dərmandır.
Ən əsası, can boğaza çatmamışdan əvvəl Uca Allahın mərhəmət qapılarından lazımi qədər faydalanmalı və tövbəmizi gecikdirməməliyik.

Категория: Dini | Просмотров: 314 | Добавил: Programmer | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email:
Код *:
Календарь
«  Mart 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31